İranda seçki prosesi qızışır
01:50 14.05.2021
Dünya
358
Əhmədinejadın namizədliyi qeydiyyata alınsa fərqli mənzərənin şahidi olacağıq
Artıq İranda prezident seçkisində mübarizə aparacaq namizədlərin qeydiyyatı başlayıb. Xüsusilə üç namizəd şanslı sayılır. Bunlar keçmiş prezident Mahmud Əhmədinejad, İran parlamentinin keçmiş sədri Əli Laricani və məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisidir.
Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında politoloq Sədrəddin Soltan deyib ki, İranda hələ prezidentliyə namizədlərin adları tam açıqlanmayıb. Politoloq qeyd edib ki, prezidentlik postu uğrunda mübarizə aparanlar arasında Mahmud Əhmədinejadın namizədliyinin irəli sürülməsi maraqlı məsələdir:
"Hesab edirəm ki, bununla Mahmud Əhmədinejadın mənsub olduğu siyasi xətt əhalini seçkiyə cəlb etmək istəyir. Və yaxud da seçki oyununu daha cəlbedici və qızışdırıcı etmək üçün onun namizədliyi irəli sürülür. Çünki ölkədəki iqtisadi vəziyyət, ölkədəki sosial problemlər əhalinin seçkiyə marağını azaldıb. Digər tərəfdən də prezident postu İran və İran siyasi həyatı üçün vacib post deyil. Dövlətin başçısı ali rəhbər, yəni indiki halda Ayətullah Seyid Əli Xammeyidir. Odur ki, hesab edirəm ki, bu prezident seçkisi cəmiyyətdə oyundur. Yəni bu, siyasi hadisələri qızışdırmaq, cəmiyyəti fəallaşdırmaq, cəmiyyəti özünə cəlb eləmək və s. kimi bir şoudur".
S.Soltan əlavə edib ki, əgər indiki halda Mahmud Əhmədinejadın namizədliyi qeydə alınarsa, o zaman şansı artar:
"Qeyd edim ki, bundan əvvəlki prezident seçkisində də Əhmədinejad namizəd olmaq istəyib. Amma onun namizədliyi qeydiyyata alınmadı. Çünki Əhmədinejadın hakimiyyətdə olduğu dövrlərdə ölkədə korrupsiya hadisələri oldu. Onun müavini tutulub və s. Ona görə də hesab edirəm ki, əgər prezidentliyə namizəd kimi onun adı təsdiqlənərsə, bu o deməkdir ki, hakimiyyət seçkini cəlbedici etmək istəyir. Çünki Mahmud Əhmədinejadın dövründə aztəminatlı ailələr üçün bir sıra sosial layihələr həyata keçirilmişdi. Amma onun qeydiyyata alınması məsələsi bir az şübhəlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya