İranda son durum: SEPAH-ın qərargahı darmadağın edildi - YENİLƏNİR

Abdananda SEPAH və polis qərargahları partladılıb.

SEPAH Aerokosmik Qüvvələrinin Tehranın Çitqar şəhərində yerləşən qərargahına hava zərbələri endirilib. Paytaxtın digər istiqamətlərində də ardıcıl partlayışlar barədə məlumatlar yayılıb.

İsfahan əyalətinin Şahinşəhr və Əlborz əyalətinin Məhəmmədşəhr şəhərlərində də güclü partlayışlar baş verib.

Kirmanşahda isə Polis İdarəsi dağıdılıb.