Bu gün səhər saatlarından başlayaraq 15 nəfərin İrandan Azərbaycan sərhədi ilə keçidi təmin olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, təxliyə olunanlardan 7-si Hindistan, 3-ü Azərbaycan, 3-ü Çin, 1-i Rus və 1-i iranəsilli İngiltərə vətəndaşıdır.
Astara dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə davam edir.