“Region ölkələrinin vətəndaşları amerikalı hərbçiləri öldürsələr və ya əsir götürsələr, İran ordusu onlara 5 milyard tümən mükafat verəcək”.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrəminiya deyib.
“Əgər bir iranlı kişi təcavüzkar amerikalı əsgəri öldürüb cəsədini və ya əsir götürüb təhvil versə, 5 milyard tümən mükafat alacaq. Bu işi bir iranlı qadın görsə, mükafat 10 milyard tümən olacaq. Əgər region ölkələrinin vətəndaşları da bunu etsələr - amerikalı əsgəri öldürsələr və ya əsir götürsələr, onları da bu şəkildə mükafatlandıracağıq”, - o bildirib.