“İranı zəiflədən ABŞ Yaxın Şərqə nəzarəti ələ keçirəcək”
Turan
07:31 07.08.2019
Dünya
877
“ABŞ üçün İran Rusiya ilə münaqişədə sadəcə piyondur, amma ciddi və güclü piyondur”.
Bunu “Sherg.az”a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
Siyasi şərhçi bildirib ki, Moskvaya gedən yol Tehrandan keçdiyi üçün Amerika tam gücü ilə Tehrana təzyiq edir, Koreya ilə dil tapmağa çalışır:
“Çünki dünya liderliyi üçün Çin səddini və Qırmızı Meydanı tutmaq lazımdır.
Amma bu, indiki halda mümkün deyil. Dünya siysətinin nəbzinin vurduğu Yaxın Şərqdə ABŞ İran kimi dövlətlə üz-üzə qalır. Vaşinqtonun niyyəti budur ki, İran zəif və nəzarətdə olsun.
Sanksiyaların başqa məqsədi yoxdur. İranı güclü edən isə müttəfiqi Rusiyadır. İranı zəiflədən ABŞ Yaxın Şərqə nəzarəti ələ keçirəcək. Həm də dünya enerji resurslarının vahid sahibi olacaq.
Rusiyanı diz çökdürməklə isə Çin əjdahasına qarşı bir cəbhə qura biləcək. Amma bu gedişlə nə İran təslim olar, nə də ABŞ dünyaya sahib ola bilər. Hazırda proseslər çoxqütblü istiqamətə gedir, əksinə yox”.
Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaları sərtləşdirib. Vaşinqton sanksiyalar siyahısına İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adını əlavə edib. Sanksiyalarla bağlı danışan İran prezidenti Həsən Ruhani deyib ki, əgər Vaşinqton Tehranla danışıqlar aparmaq istəyirsə, o zaman İrana qarşı bütün sanksiyaları ortadan götürməlidir: “İranla sülh bütün sülhlərin, İranla müharibə bütün müharibələrin anasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm