İranın Ali Rəhbəri yeni il münasibətilə xalqa müraciət edib
08:25 21.03.2021
Dünya
433
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi yeni il münasibətilə xalqa müraciət üdib.
AZƏRTAC xəbər verir ki, Ali Rəhbər 1399-cu ilin İran üçün çətin olduğunu, lakin 1400-cu ilə uğurla qədəm qoyduğunu bildirib. (hicri-qəməri tarixi ilə) O nəzərə çatdırıb ki, ötən il koronovirus pandemiyası iqtisadiyyata və ictimai həyata ağır zərbələr vurdu. Buna baxmayaraq, İran xalqı bu gözəgörünməz düşmən ilə layiqli mübarizə apardı. Bu gün yoluxma və ölüm hallarının kifayət qədər azalması İranın fədakar həkimlərinin əsas xidmətlərindən biridir.
Ali Rəhbər hökumətin işinə tənqidi yanaşaraq bildirib ki, ötən il iqtisadi inkişaf üçün istehsalda sıçrayış edilməsi nəzərdə tutulmuş, bunun üçün proqram hazırlanmışdır. Lakin bu proqramın yalnız 40 faizi həyata keçirildi. İrana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların nəticələrini aradan qaldırmaq məqsədilə reallaşdırılacaq “İstehsalda sıçrayış” proqramı əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmalı idi. Lakin proqramın tam potensialı ilə həyata keçirilməməsi iqtisadi problemlərin meydana çıxmasına səbəb oldu.
Ali Rəhbər cari ildə “İstehsalda sıçrayış” proqramına dəstək verilməsinin zəruri olduğunu qeyd etdi.
Ali Rəhbər koronovirusdan ölənlərin və şəhidlərin ailələrinə başsağlığı verdi, İran xalqına sülh və əmin- amanlıq dilədi.
Prezident Həsən Ruhani də yeni il münasibəti ilə xalqa müraciət edib. O bildirib ki, İran xalqı iqtisadi sanksiyalara sinə gərərək çətinliklərin öhdəsindən gəlib. Məhz xalqın iradəsi düşmənlərin məğlubiyyətinə səbəb olub. Prezident onu da qeyd edib ki, BMT-nin Haaqa ədalət məhkəməsi İranın lehinə qərar çıxararaq ABŞ-da sanksiyaların aradan qaldırılmasını tələb edib. Onun fikrincə 1400-cü il İran xalqı üçün uğurlu olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya