İsmaili: Bulud üzərində uçanda gördük, ortadakı helikopter yoxdu
Yusif Nəzərli
05:31 22.05.2024
Dünya
385
Uçuş zamanı hava şəraiti əlverişli idi, bulud örtüyü məhdud ərazidə idi.
Sherg.az Report-a istinadən xəbər verir ki, bunu Prezident İbrahim Rəisini müşayiət edən helikopterdə olan İran Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili prezident helikopterinin qəzaya uğramasının yeni təfərrüatı barədə IRIB agentliyinə danışarkən açıqlayıb.
“Günorta saat bir radələrində heç bir xüsusi hava hadisəsi olmadığı yaxşı və aydın havada Təbrizə uçuş başladı. 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olunurdu. Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirir ki, buludlardan yuxarı çatmaq üçün yüksəkliyə qalxsınlar. Ortadakı helikopter Prezidenti daşıyırdı. Pilotumuz 30 saniyə buludların üzərində yolu davam etdirdikdən sonra ortadakı helikopterin olmadığını anladı”, – İsmaili deyib.
O bildirib ki, ortadakı helikopter yuxarı qalxmadığı üçün helikopterimizin pilotu dönərək geri qayıtdı:
“Ondan qayıtmağının səbəbini soruşdum. Ortadakı helikopterin gəlmədiyini dedi. Qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Nə qədər radio rabitəsi qurmağa çalışsaq da, mümkün olmadı. Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni izləməyə başladıq”.
O, İranın mərhum xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana və mühafizə komandirinə “dəfələrlə zəng etdiyini, lakin heç birinin cavab vermədiyini” söyləyib:
“Uçuş heyəti bildirdi ki, kapitan Mustəfəvi ilə telefon əlaqəsi saxladıq, cənab Al-Haşim cavab verdi və dedi ki, vəziyyətim yaxşı deyil və dərəyə düşmüşük. Xüsusi bir şey demədi. Sonra mən həmin telefona zəng etdim və cənab Al-Haşim cavab verdi. Soruşdum ki, necəsən? Dedi ki, vəziyyətim yaxşı deyil. Onun ağrısı var idi. Nə baş verdiyini soruşdum. Dedi ki, nə baş verdiyini bilmirəm. Ağacların arasına düşdüyünü bildirdi. Digər yoldaşları haqda soruşdum. Dedi ki, onların heç birini görmürəm və ətrafımda heç kim yoxdur. Sonra meşənin xüsusiyyəti haqda məlumat verdi”.
Prezident Aparatının rəhbəri qeyd edib ki, xilasedicilər dərhal qəzanın olduğunu təxmin etdiyimiz əraziyə yollandılar:
“Sonradan qəza yerini tapdıqda cəsədlərin vəziyyəti Ayətullah Rəisi və digər yoldaşlarının dərhal dünyasını dəyişdiyini göstərirdi. Lakin Al-Haşim bir neçə saat sonra şəhid olmuşdu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media