"İsrail-Fələstin məsələsində neytrallığı qorumalıyıq"
10:40 14.05.2021
Dünya
739
“Bildiyimiz kimi, son vaxtlar İsrail və Azərbaycan arasındakı münasibətlər müsbət məcrada inkişaf edir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib. O vurğulayıb ki, İsrail dövləti xüsusən Qarabağ torpaqlarının işğaldan azad edilməsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb:
“Təbii ki, bu baxımından İsrail ilə Azərbaycan arasında bəlli bir rəğbət duyğusu var. Çünki Qarabağ müharibəsində o Azərbaycan həqiqətələrinin dünyaya çatdırılmasında mühüm rol oynadı və açıq-aydın şəkildə Azərbaycanın mövqeyini sərgilədi.
İsrail-Fələstin münasibətlərinə gəlincə, Azərbaycan dövləti və xalqı heç vaxt müharibənin tərəfdarı olmayıb. Hər zaman belə məsələlərdə diplomatik mövqe sərgiləyib. Buna görə də bu münaqişənin ilk növbədə dinc yolla həllinin tərəfdarıdır”.
A.Həsrət qeyd edib ki, bu, münaqişədə Azərbaycanın konkret mövqe sərgiləməsi çətindir:
“Çünki münaqişə edən tərəflərlə bağlı aktiv mövqe sərgiləyən qardaş Türkiyə dövləti də var. Sirr deyil ki, Türkiyə dövləti bu münaqişədə açıq şəkildə Fələstinin tərəfindədir.
Bu o deməkdir ki, Azərbaycan xalqı və dövləti belə məsələlərdə daha diqqətli davranmalıdır. Düzdür, fələstinlilər din qardaşlarımızdır.
Ona görə də şəxsi mövqem ondan ibarətdir ki, həm dövlətimiz, həm də xalqımız neytrallığını qorumalıdır. Bu məsələdə hansısa tərəfə rəğbət ifadə etməməliyik. Çalışmalııq ki, yalnız dinc həll çağırışları edək.
Eyni zamanda Türkiyə dövləti də Azərbaycanın bu çağırışına anlaşla yanaşmalıdır. Əlbəttə, Azərbaycan Türkiyənin tərəfindədir. Lakin bu məsələdə bu hal istisna olmalıdır. Ümid edirəm ki, tez bir zamanda İsrail-Fələstin münaqişəsi diplomatik yolla öz müsbət həllinin tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya