İsrail hərbi kəşfiyyatının bazası raket atəşinə tutuldu

Hizbullah döyüşçüləri İsrail hərbi kəşfiyyatının Qlilotdakı bazasına raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə Hizbullah məlumat yayıb.

“İslami müqavimət döyüşçüləri Təl-Əviv ətrafında yerləşən hərbi kəşfiyyata məxsus Qlilot bazasına yüksək dəqiqlikli raketlərlə hücum ediblər”, - məlumatda qeyd olunub.