İsrail: Suriyanın cənubunda terror aktına hazırlaşan şəxsə atəş açılıb

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın cənubunda hərbçilər üçün birbaşa təhlükə yaradan silahlı radikala atəş açıb.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.

“Bu yaxınlarda İsrail Müdafiə Qüvvələri Suriyanın cənubunda terror aktına hazırlığın son mərhələsində olan terrorçuya atəş açıb. Terrorçunun hərəkətləri IDF əsgərləri üçün birbaşa təhlükə yaradırdı”, – ordunun açıqlamasında bildirilib.