İsrailin gözünü qan örtüb: BMT-nin qətnaməsi savaşı dayandıra bilməyəcək
Yusif Nəzərli
22:07 19.09.2024
Dünya
635
Birləşmiş Millətlər Təşkilatı İsrailə qarşı qətnamə qəbul edib. BMT Baş Assambleyası İsraildən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməsini və bir il ərzində işğal olunmuş Fələstin torpaqlarını tərk etməsini tələb edən qətnamə layihəsinin lehinə səs verib. Qətnaməni 124 dövlət, o cümlədən Rusiya, Belçika, Braziliya, Qətər, Çin və Fransa dəstəkləyib. 14 ölkə, o cümlədən Macarıstan, İsrail, ABŞ və Çexiya buna qarşı çıxıb. Daha 43 ölkə səsvermədə bitərəf qalıb. İsrail yeni qətnaməyə Xarici İşlər Nazirliyinin bəyanatı ilə cavab verib: "İsrail BMT Baş Assambleyasının təhrif olunmuş qərarını rədd edir və bu gün Nyu-Yorkda keçirilən səfehlər paradına qoşulmayan dünyanın aparıcı ölkələrinə təşəkkür edir". Bu arada İsrail Qəzzada müharibəyə son qoymaq üçün yeni plan təklif edib. Bu plana girovların azad edilməsi və Qəzza zolağında döyüşlərin dayandırılması, eyni zamanda HƏMAS-ın lideri Yəhya Sinvar və onun tərəfdaşlarının anklavdan təhlükəsiz şəkildə çıxması daxildir. İsrail rəsmisi bildirib ki, şərtlər yerinə yetirildiyi təqdirdə, müqavilə müharibənin sonunu təmsil edəcək.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a bildirib ki, BMT-nin qətnamələrinə indi məhəl qoyan yoxdur. Ekspertin sözlərinə görə, təşkilat vaxtilə Qarabağın erməni işğalından azad edilməsini vacib sayan çoxsaylı qətnamələr də qəbul etmişdi:
"Ancaq onlara əməl olunmurdu və buna görə məsuliyyət daşıyan, cəzalandırılan da yox idi. BMT-nin bu qətnaməsini də eyni qəbildən hesab edirəm. Ancaq hər bir halda bu qətnamənin mənəvi təsiri böyükdür. Ən azından qətnaməni dəstəkləyən dövlətlərin İsrailə münasibətini ortaya qoyur. Şübhəsiz, bütün dünya Fələstinin tərəfindədir. Haqq-ədalət də onların tərəfindədir. Amma İsrail bütün dünyanı qarşısına alaraq ABŞ-nin qüdrətinə arxalanıb dünya üçün təhdid yaradır".
Analitik düşünür ki, istənilən halda bu qətnamə savaşın durmasına təsir etməyəcək: "Çünki İsrail savaşın davam etməsi və genişlənməsində maraqlıdır. Bu müharibə daha da böyüyüb bütün Şərqi əhatə edəcək. Artıq İsrail Livana qarşı hərbi müdaxiləyə hazırlaşır. "Böyük İsrail" planını həyata keçirmək naminə İsrailin gözünü qan örtüb deyə bilərik. Artıq heç bir beynəlxalq təşkilatın təsiri yoxdur. İsraili yalnız ABŞ dayandıra bilər, onun da buna marağı yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya