İsrailin zərbələri bizi dayandırmayacaq - Fədlallah

İsrailin hərbi eskalasiyası Hizbullahın Qəzza zolağında Fələstin müqavimətinə dəstək əməliyyatlarını dayandırmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Livan parlamentinin üzvü Həsən Fədlallah deyib.

“İsrail hava qüvvələrinin bombalaması bizi Netanyahu və onun generallarının tətbiq etmək istədiyi şərtləri qəbul etməyə məcbur etməyəcək. Qəzza zolağında atəşkəs bağlanana qədər Livanın cənubundakı yanğın dayanmayacaq”, - deyə o bildirib.