İsrailin zərbəsi nəticəsində İranda 3 nəfər həlak olub

İsrail hərbi hava qüvvələrinin İranın Mazandaran vilayətinin Ramsar şəhərinə endirdiyi zərbə nəticəsində üç nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, həlak olanlar arasında bir uşaq da var. Bildirilir ki, ölənlərin hamısı bir ailənin üzvləridir. Hücum səhər saatlarında dinc sakinlərin yaşadığı fərdi yaşayış binasına endirilib.

Hadisə nəticəsində binaya ciddi ziyan dəydiyi, ətraf ərazilərdə də dağıntıların olduğu bildirilir. Hazırda hücumun digər təfərrüatları və mümkün əlavə itkilər barədə məlumatlar dəqiqləşdirilir.