İsrailli nazirə sərt etiraz: “Yalnız ölüm saçırsan!”

İranın cavab raket hücumundan zərər görən Arad şəhərində İsrailin Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir yerli sakinlərin kəskin etirazı ilə qarşılaşıb.

Sherg.az xəbər verir ki, hadisə yerinə gələn Ben-Qvirə sakinlər “Yəhudi nasisti!” və “Yalnız ölüm saçırsan!” kimi şüarlar səsləndiriblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qadının naziri şəhəri tərk etməyə çağırdığı və onu baş verən ölümlərdə günahlandırdığı görünür.

Məlumata görə, İranın hücumu nəticəsində şəhərdə 84 nəfər yaralanıb. Yaralılardan 10-nun vəziyyəti ağır, 19-nun orta, digərlərinin isə yüngül olduğu bildirilir.

Hadisə regionda artan gərginliyin fonunda İsrail daxilində narazılığın da yüksəldiyini göstərir.