İstanbul Havalimanı Avropada zirvədə: Paris, Amsterdam və Londonu geridə qoydu

İstanbul Hava Limanı gündəlik orta hesabla 1665 uçuşla Avropanın ən sıx hava limanı olaraq mövqeyini qoruyub.

Sherg.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun açıqlamasına görə, İstanbul Paris Şarl de Qoll, Amsterdam və London Hitrou hava limanlarını geridə qoyub.

"EUROCONTROL"un 10–16 avqust tarixlərini əhatə edən hesabatına əsasən, Türkiyə gündəlik orta hesabla 4400 uçuşla Avropada 6-cı yerdə qərarlaşıb. Antalya Hava Limanı isə 1037 uçuşla Avropanın ən sıx 9-cu hava limanı olub.

İstanbul Hava Limanı qlobal miqyasda da ilk 10-luqda yer alıb. Hesabat dövründə gündəlik orta hesabla 843 təyyarə qalxışı ilə dünya üzrə 6-cı olub.