İsveçrə hökuməti ABŞ-nin İrana qarşı hücumlarını əsas gətirərək bu ölkəyə silah ixracına icazə verməyəcəyini açıqlayıb.
Sherg.az-ın məlumatına görə, rəsmi bəyanatda bildirilib ki, İranla bağlı münaqişədə iştirak edən tərəflərə silah satışı ölkənin neytrallıq prinsiplərinə ziddir. Buna görə münaqişə davam etdiyi müddətdə hərbi məhsulların ixracı təsdiqlənməyəcək.
Qeyd olunub ki, ABŞ-nin münaqişədə iştirak etməsi səbəbindən artıq bu ölkəyə yeni silah ixracı lisenziyaları verilmir. Eyni qərarın İran üçün də keçərli olduğu vurğulanıb.
İsveçrə tərəfi bu addımı ilə regiondakı gərginlik fonunda neytral mövqeyini qoruduğunu bəyan edib.