İtaliya XİN başçısı: “Azərbaycan təkcə energetika sahəsində tərəfdaşımız deyil”
Yusif Nəzərli
11:00 02.04.2022
Dünya
690
“Azərbaycan təkcə energetika sektorunda deyil, digər sahələrdə də İtaliyanın tərəfdaşıdır”.
“Report” xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Mən burada olmaqdan çox şadam, xüsusən də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə”, - Luici Di Mayo bildirib.
Onun sözlərinə görə, COVID-19 pandemiyasının dünya ölkələrinin iqtisadiyyatlarına təsir göstərməsinə baxmayaraq, xoşbəxtlikdən son vaxtlar iqtisadi artım müşahidə olunur.
İtaliya XİN başçısı qeyd edib ki, bugünkü görüşdə Ukraynadakı vəziyyət də müzakirə olunub. Onun sözlərinə görə, Ukraynadakı müharibə bu ölkənin mülki əhalisi arasında çox sayda itkilərə səbəb olub, eyni zamanda İkinci Dünya Müharibəsindən sonra ən böyük humanitar fəlakətə gətirib çıxarıb. “Rusiyaya qarşı sanksiyalar Avropanın enerji məsələlərinə təsir edir, ona görə də Aİ-nin enerji tərəfdaşları ilə əlaqələrin gücləndirilməsi çox vacibdir”, - Luici Di Mayo söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət