Kanada İranın beş yüksək vəzifəli nümayəndəsinə qarşı sanksiya tətbiq edib. Ottava bu şəxsləri Hörmüz boğazında gəmiçiliyə mane olan fəaliyyətlərlə əlaqələndirir.
Sherg.az xəbər verir ki, sanksiya siyahısına İran Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Əli Abdollahi, Baş Qərargahın sözçüsü İbrahim Zolfaqari, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi, Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani və İranın neft-qaz ixracatçıları ittifaqının nümayəndəsi Həmidə Hüseyni daxil edilib.
Kanadanın məlumatına görə, yeni qərarla sanksiyaya məruz qalan şəxslərin ölkədəki aktivləri dondurulacaq və onların Kanadaya girişinə qadağa qoyulacaq. Ümumilikdə, Kanada İranla əlaqəli 232 fiziki şəxs və 260 təşkilata qarşı sanksiya tətbiq edib.