Karni: Kanada və ABŞ arasında “ticarət müharibəsi” gedir

Kanadanın Baş naziri Mark Karni ABŞ-la ölkəsi arasında “ticarət müharibəsi”nin getdiyini bildirib.

APA xəbər verir ki, bu barədə Karni keçirdiyi mətbuat konfransında bildirib.

O, ABŞ-ın Kanadaya qarşı tətbiq etdiyi tariflərin iki ölkə arasında ticarət müharibəsi yaratdığını deyib. Karni Kanadanın bu vəziyyətdən daha güclü və daha birləşmiş şəkildə çıxacağını vurğulayıb.

Baş nazir həmçinin Ottavanın xarici ticarət əlaqələrini şaxələndirməsinin vacibliyini qeyd edib və ABŞ Prezidenti Donald Trampın administrasiyasının yaxın müttəfiqlərə qarşı tariflər tətbiq etdiyini bildirib.