"Kimyəvi çənə düşən pişik" xəbərdarlığı: Yaxınlaşmayın, toxunmayın!
09:20 14.03.2024
Dünya
471
Yaponiyanın cənub-qərbində, Xirosimada itkin düşən və kimyəvi maddələrlə dolu çənə düşməkdə şübhəli bilinən pişiklə bağlı ictimaiyyətə xəbərdarlıq edilib. "Əgər anormal görünən pişik tapsanız, ona toxunmayın", - xəbərdarlıqda deyilir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Milli mətbuatda yer alan xəbərə görə, Xirosima əyalətinin Fukuyama bölgəsində yerli əhaliyə gecənin qaranlığında yoxa çıxan pişiyə “yaxınlaşmamaq” xəbərdarlığı edilib.
Həftə sonu yoxa çıxan və sonuncu dəfə üzlük fabrikinin təhlükəsizlik kameralarında görünən pişiyin fabrikin qarşısında ayaq izləri qoyaraq sürətlə qaçdığı görünüb.
Burada işləyən fəhlə müəyyən edib ki, pişiyin "qırmızı-sarı" pəncə izləri fabrikdəki "altı valentli xrom" (Xrom-6) ilə doldurulmuş 3 metr dərinlikdəki çəlləyə qədər gedib çıxıb.
Nomura Mekki Fukuyama örtük fabrikinin meneceri Kobayashi Akihiro verdiyi açıqlamada kimyəvi çəlləyin üzərini örtən təbəqənin qismən yırtıldığını öyrəndiklərini söyləyib.
Bareldəki kimyəvi maddənin “toxunduqda və ya tənəffüs etdikdə səpgi və iltihaba və xərçəng yaradan” xəstəliklərə səbəb olduğu bildirilib.
Fukuyama Bələdiyyəsi açıqlamasında "kimyəvi çəlləyə düşərək şəhərdə dolaşmaqda" şübhəli bilinən pişiyi tapmaq üçün patrul xidmətini artırdıqlarını bildirib.
Axtarışlara baxmayaraq, pişiyi tapmaq mümkün olmadığını qeyd edən bələdiyyə, pişik göründüyü təqdirdə ona "yaxınlaşmamaq və toxunmamaq barədə xəbərdarlıq" edib.
Xəbərdarlıqda deyilir: "Əgər anormal görünən pişik tapsanız, ona toxunmayın və bələdiyyə və ya polisə müraciət edin. Əgər ona toxunsanız, bol su ilə yuyun". ifadələrdən istifadə edilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) sözügedən kimyəvi maddəni "gözlər, dəri və tənəffüs sistemi üçün zərərli" kimi təsvir edir.
CDC saytında deyilir: "İşçilər altıvalentli xromun təsirindən zərər çəkə bilər. Təsir səviyyəsi dozadan, müddətdən və görülən işdən asılıdır". .
İsveçdəki Karolinska İnstitutunun kimyəvi risk üzrə mütəxəssisi Linda Şenk mövzu ilə bağlı deyib: "Xəz dərini böyük yanıqlardan qorusa da, pişiklər tüklərini yalayaraq və aşındırıcı məhlulu ağıza apararaq kürklərini təmizləyirlər" .
"Mənim təxminlərimə görə, pişik ölüb və ya kimyəvi yanıqlardan tez ölə bilər" - Linda Şenk deyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz