Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var - YENİLƏNİB

İyulun 26-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurur.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, şəhərin bəzi yerlərində yanğın müşahidə edilir.

Kiyev şəhər meri Vitali Kliçko Teleqram səhifəsində yazıb ki, hava zərbələri zamanı zərərsizləşdirilən raketin qalığı Şevçenko rayonunda 18 mərtəbəli binanın üzərinə düşüb, nəticədə 7-ci və 8-ci mərtəbələrdə yanğın başlayıb.

Eləcə də, Solomensk rayonunda qeyri-yaşayış binasında yanğın baş verib. Desnyanski rayonunda isə avtomobillər və dayanacaqlar yanır.

Təcili yardım xidmətləri hadisə yerinə göndərilib.

01:37

İyulun 26-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurur.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilir. Hava hücumundan müdafiə sistemi aktiv işə düşüb.

Hazırda xilasedicilər hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.

Yerli monitorinq qruplarının yaydığı məlumata görə, bir neçə dəqiqə ərzində Kiyevə 5 ballistik raket atılıb.

Hazırda hava zərbələri davam edir.