Kraliça Yelizavetanın nəvəsi dünyaya gəlib
Yusif Nəzərli
12:33 07.06.2023
Dünya
642
Taxt-taca daha bir varis
Bu günlərdə Böyük Britaniya kral ailəsində artım var. Mərhum kraliça II Yelizavetanın kiçik oğlu şahzadə Endryu kiçik qızı şahzadə Yevgeniya ikinci övladını dünyaya gətirib. Şahzadə ikinci oğlunun dünyaya gəlməsini sosial media vasitəsilə bəyan edib.
Bu barədə “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir. Məlumdur ki, şahzadə Endryu haqqındakı zorakılıq və təcavüz olaylarından sonra həyat yoldaşı Sara Ferqusondan boşanmışdı. Və ana kraliçanın da “gözündən düşmüşdü”. Şahzadənin kiçik qızı Yevgeniya iş insanı Cak Brooksbank ilə evlidir. Şahzadənin ikinci dəfə ana olması bir müddət gizli saxlandıqdan sonra açıqlanıb. Şahzadə yeni doğulmuş övladına Ernest Corc Ronnie Brooksbank adını verib.
Bu körpə də özündən 2 yaş böyük qardaşı kimi Londonun Portland xəstəxanasında dünyaya gəlib. Şahzadə yeni doğulan körpəsinin də, 2 yaşlı oğlunun da fotolarını instaqram hesabında paylaşıb. Şahzadə fotoya “Augie artıq indidən özünü böyük qardaş kimi aparır” sözlərini yazıb. Yeni doğulan körpə kral taxt-tacının 13-cü varisidir. Bekinqhem Sarayı da şahzadənin sağlam bir şəkildə övlad dünyaya gətirdiyini sevinclə xəbər verib. Ernest kraliça Yelizavetanın vəfatından sonra dünyaya gələn ilk nəvədir.
Məlahət
Oxşar xəbərlər
Aİ 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi təklif etdi
14:26 17.09.2026
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
13:14 17.09.2026
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət