Kreml Hələbdəki vəziyyəti Suriyanın suverenliyinə qəsd adlandırıb
11:11 29.11.2024
Dünya
338
Kreml Hələbdəki vəziyyəti Suriyanın suverenliyinə qəsd adlandırıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələb ətrafındakı vəziyyətə gəlincə, bu, əlbəttə ki, regionda Suriyanın suverenliyinə qəsddir və biz Suriya hakimiyyətinin bu ərazidə tez bir zamanda asayişi və konstitusiya quruluşunu bərpa etməsinin tərəfdarıyıq”, - Peskov "Kreml Suriyada cərəyan edən vəziyyəti necə xarakterizə edə bilər? suala cavabında deyib.
Kremlin sözçüsü Suriya Prezidenti Bəşər Əsədin Rusiya Federasiyasına gəlişi ilə bağlı Teleqram kanallarının yaydığı məlumatları isə şərh etməyib.
Qeyd edək ki, dünən Rusiyanın bir neçə teleqram kanalı Əsədin Moskvada olduğunu və Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığı haqqında məlumat yayıb.
Əsədin Hələbdə hakimiyyət qüvvələrinə qarşı müxalif qoşunların hücumları fonunda Rusiyadan yardım üçün Moskvaya səfər etdiyi bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Stubb: Finlandiya nüvə dövləti olmağı planlaşdırmır
21:30 13.03.2026
Dünya
Tramp Rusiyanın İrana yardım etdiyini istisna etmir
21:25 13.03.2026
Gündəm
Pentaqon Yaxın Şərqə əlavə qüvvə göndərir
21:10 13.03.2026
Dünya
Azərbaycanda ər arvadını qısqandığı üçün zəncirləyib
20:38 13.03.2026
Hadisə
Ceyhun Bayramov Türkiyə ərazisinə növbəti raket hücumunu qınayıb
20:23 13.03.2026
Siyasət
Köhnə avtobuslarda tarif dəyişikliyi yoxdur - AÇIQLAMA
20:17 13.03.2026
Sosial
ABŞ lideri: Putin İrana müharibədə kömək edir
20:15 13.03.2026
Dünya
Gələn həftə İrana ağır zərbələr endiriləcək - Tramp
20:07 13.03.2026
Dünya
Misir liderindən Pezeşkiana: Dərhal dayandırın!
20:00 13.03.2026
Region
İrandan indiyədək Azərbaycan sərhədi ilə 2309 nəfər təxliyə edilib
19:25 13.03.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
19:00 13.03.2026
Siyasət
Əli Əsədov Murat Kurumla görüşüb
18:50 13.03.2026
Siyasət
Türkiyə Ordusunun Quru Qoşunları komandanı İranla sərhədə gedib
18:34 13.03.2026
Gündəm
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək
18:28 13.03.2026
Sosial