Küveytdə neft emalı zavoduna dron hücumu olub, yanğın başlayıb

Küveytdə neft emalı zavoduna dron hücumu olub.

KUNA agentliyi xəbər verir ki, bu barədə Küveyt Neft Korporasiyası məlumat yayıb.

Əl-Əhmadi limanında neft emalı zavoduna PUA zərbəsi nəticəsində yanğın baş verib.

“Əl-Əhmadi neft emalı zavodunun istehsal bölmələrindən birinə pilotsuz uçuş aparatı ilə hücum edilib, nəticədə yanğın baş verib, lakin heç kim xəsarət almayıb”, – korporasiyadan bildirilib.