Laricani öldü, İranda panika başladı

İran rəsmiləri ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlindən sonra qorxu içindədir və təhlükəsizlikləri üçün narahat olmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti mənbəyə istinadən məlumat yayıb.

İran rəsmilərindən biri nəşrə bildirib ki, ölkə rəhbərliyinin və özlərinin taleyindən ciddi narahat olan həmkarlarından zənglər gəlir:

“Hamısı düşünür: növbəti hədəf kim olacaq?”

Başqa bir rəsmi şəxs Laricaninin qətl xəbərini alanda sarsıntı keçirdiyini etiraf edib:

“Yuxarılar”da geniş yayılmış bir narahatlıq hissi var: görünür, İsrail İranın bütün liderləri aradan qaldırılana və rejim devrilənə qədər dayanmayacaq”.

Qeyd edək ki, ötən gün İsrailin İrana zərbələri nəticəsində ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölüb. Əli Laricani ilə birgə oğlu, müavini və bir neçə mühafizəçisinin də öldüyü bildirilir.