Lavrov: Qərb Rusiyaya müharibə elan edib

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələri Rusiyaya qarşı “açıq müharibə” aparır və Ukraynanı geosiyasi vasitə kimi istifadə edir.

Sherg.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi qurumların yaradılmasından və Sovet İttifaqının dağılması sonra Qərblə əməkdaşlıq perspektivləri real görünürdü. Lakin Lavrov iddia edib ki, bu ümidlər artıq keçmişdə qalıb.

Nazir qeyd edib ki, “Kiyev rejimi” və Ukrayna dövləti Rusiyaya qarşı geosiyasi təzyiq aləti kimi istifadə olunur.