İyulun sonlarında Litva Dövlət Sərhəd Mühafizə Xidmətinin əməkdaşları miqrantların hücumuna məruz qalıb. Miqrantlar hücumdan sonra Belarusa sığınıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Lrytas" portalı məlumat yayıb.
Portalın mənbələrinə görə, sərhədçilərə hücum edən miqrantlar dövlət sərhədinin altında tunel qazıblar. Litva Dövlət Sərhəd Xidmətinin əməkdaşları pusqu quraraq bir neçə miqrantı həbs edib. Əməliyyat zamanı təxminən 20 əcnəbi sərhədçilərə hücum edərək hadisə yerindən qaçıblar.