Makron Parisdə İsrailə Livanla danışıqlar təklif etdi

"Livan hakimiyyəti ölkənin cənub hissəsində hərbi əməliyyat aparan İsrail ilə birbaşa danışıqlara hazırdır və Fransa bu danışıqlara öz ərazisində ev sahibliyi edə bilər".

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Livan Baş naziri və parlamentinin sədri ilə telefon danışıqlarından sonra bildirib.

Prezident "X"-də yazıb ki, Livan hökuməti İsrail ilə birbaşa danışıqlara hazır olduğunu bəyan edib: "İsrail danışıqlara başlamaq və atəşkəs elan etmək üçün bu fürsətdən istifadə etməli, davamlı həll yolu tapmalı və Livan hakimiyyətinə Livanın suverenliyi ilə bağlı öhdəliklərini yerinə yetirməyə imkan verməlidir. Fransa bu danışıqları Parisdə qəbul etməklə asanlaşdırmağa hazırdır".