Makron yuxarı siniflərdə mobil telefonlardan istifadəni qadağan edən qanunu imzalayıb

Fransa Prezidenti Emmanuel Makron yuxarı sinif şagirdlərinin təhsil müəssisələrində

Oxu.Az xəbər verir ki, bu barədə Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Yenicə dərs ilinin əvvəlindən yuxarı siniflərdə mobil telefonların qadağan edilməsi haqqında qanunu imzaladım", - deyə Makron qeyd edib.

Onun sözlərinə görə, bu addım tədris prosesinə sakitliyi qaytarmağa imkan verəcək.

Makron daha əvvəl dəfələrlə bəyan edib ki, gənc fransızların sosial şəbəkələrdən həddindən artıq istifadəsi onların psixi sağlamlığına mənfi təsir göstərir.

Orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa isə 2025-ci ilin sentyabrından qüvvədədir.