Marsa gedənlər yalnız olmayacaq
Yusif Sultanoğlu
05:53 07.12.2023
Dünya
814
“Bizimlə birlikdə bir çox canlı orqanizm də ora gedəcək”
Alimlər hesab edir ki, astronavtlar Marsa getdiklərində orada bitki yetişdirmək məcburiyyətində qalacaqlar
ABŞ-nin Texas A&M Universitetinin əməkdaşı Emmanuel Mendoza gübrələnmiş torpaqda 5 yarpaqlı bitki yetişdirib. Bitki əvvəlcə çox kiçik olub, getdikcə böyüyüb, çoxalıb. Hətta budaqlarında yaşıl noxudlar da yetişib. Bitkinin özəlliyi bu idi ki, o, bizim dünyamızdan milyonlarla kilometr uzaqdakı ekosistem barədə məlumat verirdi.
“Sherg.az” “Masable Türkiyə”yə istinadən bildirir ki, bu qəribə bitki haqqında məlumat ilk dəfə “New-York Times”də dərc olunub. Bu bitki Mars planetini səthini örtən rezolit təbəqəsinin laboratoriya şəraitində yenidən əmələ gətirilən özülündə yetişdirilib. E.Mendoza süni şəkildə əmələ gətirilmiş torpağa xüsusi olaraq bir çeşid böcək əlavə edib. Onun və birgə çalışdıqları iş yoldaşlarının məqsədi bu böcəklərin bir gün astronavtların Marsda qida məhsulu yetişdirməsinə yardımçı ola biləcəyi ehtimalını araşdırmaq olub. Alimlər hesab edir ki, astronavtlar Marsa getdiklərində orada bitki yetişdirmək məcburiyyətində qalacaqlar. NASA-nın Biologiya və Fizika bölümünün direktoru Lisa Carnell “hər şeyi özümüzlə apara bilmərik. Əkin üçün torpaq, su, günəş işığı yetərli deyil. Eyni zamanda ekoloji sistemin fəaliyyəti üçün mikroorqanizmlər də, bir çox canlı aləmin olması gərəkdir. Bu o deməkdir ki, Marsa gedən yolda insanlar yalnız olmayacaq. Bizimlə birikdə bir çox canlı orqanizm də Marsa gedəcək”, deyib. NASA astronavtı Skott Parazynski isə deyib ki, hazırda kosmosa getmək, bir düşərgəyə uzunmüddətli səfəri xatırladır. Astronavtlar özləri ilə dondurulmuş və qurudulmuş qidalar aparır, onları ləzzətləndirmək üçün üstəlik acı, ədviyyatlı müxtəlif souslar da özləri ilə götürürlər. Lakin uzunmüddətli yaşam üçün bunlar kifayət etməyəcək. Marsda uzunmüddətli yaşam üçün bağçaların olması vacibdir. “Mars bağçaları”nın salınması üçünsə, bir çox canlı orqanizmlərin dəstəyinə ehtiyacımız olacaq. Bunlar müxtəlif mikroblar, həşəratlar, böcəklər, milçəklər, qarışqalar və sair ola bilər. Canlı orqanizmlər torpağı gübrələyir, bitkilərin yetişməsinə əvəzsiz dəstək verirlər”. Emmanuel Mendoza isə Marsın süni torpağında yaşıl noxud yetişdirməsinə baxmayaraq bu qidanı qəbul etmək istəmədiyini söyləyib: “Hər nə qədər cazibəli görünsə də, mən o bitkilərlə, o torpaqda yetişəcək məhsullarla qidalanmaq istəmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm