Bundesver 18 yaşı tamam olan almanları məcburi tibbi müayinələrə göndərməyə başlayıb.
AZƏRTAC-ın xəbərinə görə bu barədə “Berliner Morgenpost” qəzet məlumat yayıb.
Nəşr yazır ki, bu, hətta orduda xidmət etməyi planlaşdırmayan və bunu anketdə qeyd edənlərə də aiddir.
Son vaxtlar Almaniyada məcburi hərbi xidmətin bərpası barədə təkliflər səslənir. Bavariyanın Baş naziri Markus Söder də bu barədə çağırış etmişdi.