Meksika, Kolumbiya və Peru parlamentləri Azərbaycanı təbrik edib
03:45 29.05.2021
Dünya
505
Meksika, Kolumbiya və Peru parlamentləri Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə təbrik bəyanatları qəbul edib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun adından verilmiş bəyanatda 28 May – Respublika günü ilə bağlı ölkəmizə təbrik ifadə olunur, Azərbaycan xalqına sülh və tərəqqi arzu edilir. Sənəddə həmçinin iki ölkə arasında əlaqələrin qarşıdakı illərdə daha da dərinləşəcəyinə ümid dilə gətirilir, habelə Azərbaycanın pandemiyadan daha da güclənmiş şəkildə çıxacağına inam ifadə edilir.
Peru Konqresindəki Peru-Azərbaycan dostluq qrupunun sədri Gilyermo Aliaqa Paxaresin təşəbbüsü əsasında həmin qanunverici orqan tərəfindən qəbul edilmiş təbrik bəyanatında bütün dünya azərbaycanlılarının öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın inkişafına verdiyi tarixi töhfələri yad etmək üçün hər ilin 28 May tarixini Azərbaycanın Respublika Günü kimi qeyd etdiyi bildirilir.
Sənəddə 103 il öncə demokratik prinsip və dəyərlər üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik, dünyəvi və parlamentli respublika olduğu və digər demokratik dünya dövlətləri tərəfindən tanındığı, bütün vətəndaşlarını irq, millət, din və cins ayrı-seçkiliyi olmadan eyni hüquqlarla təmin etdiyi, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan ölkələr arasında qadınlara seçki hüququ verən ilk ölkə olduğu bildirilir və ilk müstəqilliyinin 103-cü ildönümünü qeyd etməsi münasibətilə ölkəmizə təbrik ifadə edilir.
Kolumbiya Senatının Xarici əlaqələr daimi komissiyası və bu palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən qəbul edilmiş, Senatın birinci vitse-spikeri, adıçəkilən daimi komissiyanın sədri və çoxsaylı senatorlar tərəfindən imzalanmış sənəddə AXC-nin qısa mövcudluq dövrü ərzində dövlət quruculuğu və xalqın rifahının yüksəldilməsi sahəsində atdığı addımlar haqda məlumat verilir, ilk respublikanın siyasi və mənəvi varisi olan müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında tərəqqi yolunda irəliləməkdə davam edəcəyinə əminlik ifadə olunur və “qardaş Azərbaycan xalqına” Respublika Günü münasibətilə səmimi təbriklər çatdırılır.
Eyni zamanda sənəddə Azərbaycanın ötən il işğalda olan ərazilərini azad edərək öz ərazi bütövlüyünü bərpa etməsi, BMT TŞ-nin aidiyyəti qətnamələrinin icrasına müvəffəq olması, bölgədə sülhün bərpa olunması və azərbaycanlı məcburi köçkünlərin 30 ildən sonra öz evlərinə qayıtmalarına imkan yaranması alqışlanır, regional əməkdaşlığın canlanması və bölgədə davamlı barışığın təmin edilməsinə yönəlik səylər təqdir olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya