Moldova parlamenti ölkənin MDB-dən çıxmasının lehinə səs verdi

Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında sazişin denonsasiyası (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin fəaliyyətini birtərəfli qaydada dayandırması - red.) layihəsini birinci oxunuşda qəbul edib.

Oxu.Az bu barədə "Sputnik Moldova"ya istinadən xəbər verir.

Xatırladaq ki, martın 11-də Moldova hökuməti ölkənin MDB üzvlüyünün hüquqi əsasını təşkil edən əsas müqavilələrin denonsasiyasını təsdiqləmişdi.