Morqan Ortaqus: İrana qarşı bütün hərbi variantlar hələ də masadadır

“ABŞ-nin İrana qarşı hərbi variantları hələ də masanın üzərindədir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş xüsusi nümayəndəsi Morqan Ortaqus deyib.

“İran rejimi hər şeydən çox öz xalqından qorxur. Razılaşma olmadan keçən hər gün daha böyük iqtisadi təzyiq yaradır. Sanksiyalar tətbiq olunur, blokada effektlidir və bütün hərbi variantlar hələ də masanın üzərindədir”, - o vurğulayıb.

Morqan Ortaqus əlavə edib ki, danışıqlar nəticəsiz qaldıqca və ABŞ-nin sanksiyaları və blokadasının yaratdığı iqtisadi təzyiq davam etdikcə, İranın seçimləri hər gün daha da məhdudlaşır.