Moskvada mayın 9-da mobil internetə çıxış məhdudlaşdırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər həmçinin SMS xidmətlərinə və "ağ siyahı"ya daxil olan resurslara da şamil olunacaq. Nazirlik qeyd edib ki, mayın 7-si və 8-də paytaxtda internet və rabitə əlçatan olacaq, bu tarixlərdə hər hansı planlı kəsinti nəzərdə tutulmayıb.
Lakin təhlükəsizliyə birbaşa təhdid yaranarsa, operativ şəkildə əlavə məhdudiyyətlər tətbiq edilə bilər.