Müharibədə maraqlı tərəflər görünür
23:42 17.05.2021
Dünya
661
ABŞ atəşkəs layihəsini israrla blokladı
Vaşinqton İsrail-Fələstin toqquşmasında əsas vasitəçi olmağa çalışır
ABŞ bu həftə ərzində üçüncü dəfə BMT Təhlükəsizlik Şurasında İsraillə HƏMAS arasında atəşkəsin dərhal dayandırılmasına ediləcək çağırışın qəbulunu bloklayıb. Bu barədə məlumatı “Tayms of İsrail” qəzeti yayıb. Layihə Norveç, Tunis və Çin tərəfindən hazırlanıb. Layihədə konfliktin hər iki tərəfi tənqid edilib. BMT Təhlükəsizlik Şurasında qətnaməni 15 üzvdən 14-ü müdafiə edib.
Mövzu ilə bağlı siyasi-şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ-ın bu addımı İsrail-Fələstin müharibəsində maraqlı tərəf olduğu fikrini önə çıxarır və bunun birdən çox səbəbi var. O qeyd edib ki, ilk öncə BMT Təhlükəsizlik Şurasında atəşkəs layihəsinin hansı ölkələr tərəfindən hazırlanmasına baxmaq lazımdır:
"Qeyd edim ki, layihə Çin, Norveç və Tunis tərəfindən irəli sürülüb və ABŞ-ın layihəyə qarşı çıxmasının başlıca səbəbi Çindir. Vaşinqton İsrail-Fələstin müharibəsində vasitəçi olmaq istəyini irəli sürüb və başqa ölkənin, xüsusilə Çinin vasitəçiliyini istəmir. Fələstin-İsrail toqquşmasının tarixi kökləri var. Amma yenidən başlanan toqquşmanın bu həddə çatması, yaxud başlanan toqquşmanın dayandırılmamasında ABŞ-Çin mübarizəsinin geosiyasi tərəfləri mövcuddur. İsrail 2016-cı ildən sonra Çinlə yaxınlaşmağa başladı. Çin isə İsrailin Hayfa limanını 25 illik icarəyə götürmək istəyir. Pekin və Təl-Əviv arasında İsrailin Suveyş kanalından istifadə etmədən Aralıq dənizinə çıxışını təmin edəcək Retmet layihəsi də var. Bununla yanaşı, Çin və İsrail arasında enerji və texnologiya üzrə əməkdaşlıq genişlənir. Misal üçün, İsrailin dəniz suyunun təmizlənməsi layihəsində iştirak edən əsas şirkətlərdən biri Çin şirkətidir. Çinin İsraili “Bir kəmər bir layihəsi”ndə görür. Ötən ilin may ayında ABŞ İsrailin Çinlə əməkdaşlığına qarşı hərəkətə keçdi. Tramp Administrasiyasının dövlət katibi Mayk Pompeo İsrailə getdi və Təl-Əvivə xəbərdarlıq etdi. Maraqlıdır ki, Pompeonun səfərindən 4 gün sonra Baş nazir Benyamin Netanyahu yeni hökumət qurduğu gün Çinin İsraildəki səfiri evində ölü tapıldı. Bütün bunlara ABŞ-Çin mübarizəsinin nəticəsi kimi baxa bilərik. Vaşinqtonun İsrailə Qüds məsələsindəki dəstəyinin səbəblərindən biri də budur".
A.Nərimanlı əlavə edib ki, Baydenin gəlişindən sonra İsrail-Fələstin müharibəsinin başlanması təsadüfi deyil:
"Mümkündür ki, bu toqquşmanın başlanmasında, yaxud olduqca kövrək olan münaqişənin yenidən alovlanmasının bu həddə çatdırılmasında ABŞ maraqlı tərəflərdən biridir. Bu, Vaşinqtonun İsraili özündən asılılığını gücləndirəcək və Çinlə uzaqlaşdıracaq addımlarından biri kimi görünür. Bu baxımdan, ABŞ-ın atəşkəs layihəsini israrla bloklaması təsadüfi deyil. Fələstin-İsrail toqquşmasında ABŞ-ın maraqlarından biri də İsrail-Türkiyə münasibətlərinin kəskinləşməsidir. Qarabağ müharibəsindən sonra iki ölkənin münasibətlərinin istiləşməsi perspektivləri açıldı və Azərbaycan bu prosesdə vasitəçilik də edə bilərdi. Əslində Ankara-Təl-Əviv münasibətlərinin normallaşması istəkləri də məhz “Bir kəmər bir yol” layihəsindən irəli gəlir. Lakin İsrail-Fələstin toqquşması bu prosesi ən azından təxirə saldı. Vaşinqton münaqişədə özünün vasitəçiliyi qəbul edilməyənə qədər, başqa vasitəçilərin qarşısını almaq addımlarını davam etdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya