Myanmada öldürülən etirazların sayı 247 nəfərə çatdı
17:14 21.03.2021
Dünya
442
Myanmada hərbi çevrilişə və qanuni hökumətin üzvlərinin tutulmasına qarşı son sutkada keçirilən etiraz aksiyalarının dağıdılmasının gedişatında daha 23 nəfər həlak olub.
Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.
Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyası bildirib ki, etiraz aksiyaları şənbə günü və bazar günü bir sıra böyük şəhərlərdə, xüsusi halda Yanqonda, Aunbanda, Taketdə, Baqo və Pakxoukuda davam edib. Ölkənin təhlükəsizlik qüvvələri küçələrə toplaşan etirazçıları dağıtmaq üçün döyüş güllələri tətbiq edib. Nəticədə 23 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.
Bununla da hərbi çevriliş günündən etiraz aksiyalarında həlak olanların ümumi sayı 247 nəfərə çatıb, 2 345 etirazçı saxlanılıb. Onlardan 1 994 nəfəri hələ də həbsdədir.
Fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanmanın Silahlı Qüvvələrinin Baş qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub.
Myanmada çevrilişin ardınca fövqəladə vəziyyət rejimi elan edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya