Narinin qətlində dəhşətli təfərrüat: Qızı öldürməkdə şübhəli bilinən əmisi əslində onun atasıdırmı?
Narinin qətlində dəhşətli təfərrüat: Qızı öldürməkdə şübhəli bilinən əmisi əslində onun atasıdırmı?
09:13 10.09.2024
Dünya
451
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gün sonra kənd yaxınlığındakı dərə yatağında çuvalın içində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqında yeni təfərrüat ortaya çıxıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Qeyd edək ki, Narinin ölümü ilə bağlı aparılan istintaq zamanı 24 nəfər saxlanılıb.
Narin Güranın qətlində əsas şübhəlilərdən olan əmisi Salim Güranın 11 səhifəlik ilk ifadəsi açıqlanıb.
- Narin Güranın atası olma ehtimalınız varmı?
- Yox. Belə şey mümkün deyil.
- Narin Gürana kim və niyə zərər verib?
- Mən haradan bilim kim niyə zərər verib.
- Narin Güranı siz öldürmüsünüz?
- Belə şey yoxdur, onu mən öldürməmişəm.
- Maşınınızın ön oturacağında aşkarlanan Narinin DNT-si ilə bağlı açıqlama verə bilərsinizmi?
- Mən bu uşağı maşına qoymamışam.
- Bütün əmilərinin hamısının maşını olduğu halda, Narin niyə sizin maşınıza minib? Niyə sizin idarə etdiyiniz maşında başqa qohum uşaqlarının DNT-si yox, təkcə Narinin DNT-si aşkarlanıb? Bunu izah edə bilərsinizmi?
- Mən bunu izah edə bilmərəm.
- Arif Gürana (Narinin atası - red.) "Sənə elə bir acı yaşadacağam ki, ömrün boyu unutmayacaqsan", - demisinizmi?
- Belə bir şey olmayıb.
- Narin Güran şahidi olduğu bir hadisəyə görəmi aradan götürülüb?
- Heç bir fikrim yoxdur.
Qeyd edək ki, eyni zamanda ailədə əvvəllər də şübhəli ölümlərin baş verdiyi məlum olub.
Belə ki, Narinin 2011-ci ildə ölən 1988-ci il təvəllüdlü əmisinin də ailədaxili münaqişə zəminində qətlə yetirildiyi iddia edilir. İddiaya görə, pambıq tarlasında işləyən əmi ov tüfəngi ilə vurulub, lakin hadisə təsadüfi atəş açılması kimi qələmə verilib.
Narinin daha əvvəl dünyasını dəyişən böyük bacısının ölüm səbəbi olaraq pilləkənlərdən yıxılması göstərilib və cəsəd yarılmadan dəfn edilib. Bacısının ölümü ilə bağlı istintaqın da yenidən başlanacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə