NATO Şurası 2031-ci ilə qədər hərbi yanacaq anbarlarının, boru kəmərlərinin, nəqliyyat və paylama sistemlərinin modernləşdirilməsi üçün 27 milyard avroluq planı təsdiqləyib.
APA xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada bildirilib.
"NATO Şurası bu gün NATO-nun yanacaq təchizatı sisteminin imkanlarını inkişaf etdirmək planını təsdiqlədi. Bu 27 milyard avroluq investisiya mövcud yanacaq saxlama və paylama infrastrukturunu modernləşdirəcək. Bu plan, o cümlədən Alyansın şərqində və cənub-şərqində yeni boru kəmərlərinin inşasına imkan verəcək və NATO qüvvələrini tam döyüş hazırlığını qorumaq üçün lazım olan enerji ilə təmin edəcək", - sənəddə deyilir.\
Qeyd edək ki, bu, “soyuq müharibə” dövründən bəri NATO-nun yanacaq və sürtgü yağları logistika sistemi üçün ilk belə genişmiqyaslı modernləşdirmə planıdır.
Bu plan blokun 2031-ci ilə qədər büdcə və hərbi proqramlarının əlaqələndirilməsinin bir hissəsi kimi qəbul edilib.