Demokratlardan gözlənilməz seçim: sosialist Anji Nikson qalib gəldi

ABŞ-da Demokratlar Partiyasının Florida üzrə Senat ilkin seçkilərində demokratik sosialist Anji Nikson gözlənilməz qələbə qazanıb. O, daha çox maliyyə vəsaiti toplayan mərkəzçi namizəd Aleks Vindmanı 55,9 faiz səslə məğlub edib.

Sherg.az xəbər verir ki, Niksonun qələbəsi Demokrat seçicilər arasında partiyanın ənənəvi mərkəzçi siyasətinə narazılığın və daha solçu siyasətə tələbin artmasının göstəricisi kimi qiymətləndirilir. O, noyabrda keçiriləcək seçkidə Respublikaçı senator Eşli Mudi ilə mübarizə aparacaq.