Kaja Kallasın atası Siim Kallas vəfat edib

Estoniyanın keçmiş baş naziri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallas avqustun 22-nə keçən gecə 77 yaşında vəfat edib.

Sherg.az xəbər verir ki, bu barədə onun qızı, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib.

“Dərin kədər hissi ilə bildirirəm ki, bu gecə əziz atam Siim Kallas vəfat edib”, - deyə Kallas sosial şəbəkələrdə yazıb.

Siim Kallas 2002–2003-cü illərdə Estoniyanın baş naziri vəzifəsini tutub. Daha sonra, 2004–2014-cü illərdə Avropa Komissiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

Bundan əlavə, o, Estoniyanın xarici işlər və maliyyə naziri vəzifələrində çalışıb. Siim Kallas həmçinin Estoniya İslahat Partiyasının yaradılmasının təşəbbüskarlarından biri olub və uzun müddət partiyaya rəhbərlik edib.

Məqalədə Kallas ailəsinin nasist Almaniyası və nasistləri dəstəkləyən estoniyalı kollaborasionistlərlə əlaqələri olduğu iddia edilir. Nəşr bu mövzu ilə yanaşı, digər tanınmış Avropa siyasətçilərinin ailə keçmişi barədə də materialların yayımlandığını qeyd edir.