Nepalın Rasuva rayonunda qəfil güclü daşqınlar nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.
"Ümumilikdə 1545 nəfər yaralanıb", - məlumatda bildirilib.
***
Nepal-Çin sərhədində torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.
Bu barədə BBS məlumat yayıb.
Bildirilib ki, 977 nəfər, o cümlədən 517 xarici vətəndaş itkin düşüb. 100-dən çox xarici vətəndaşın xilas edildiyi qeyd olunub.
Nepalın Çinin Tibet bölgəsi ilə sərhədində yerləşən su bəndi isə dağılıb.
***
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 579 nəfərə çatıb.
Bu barədə yerli media məlumat yayıb.
İtkin düşənlərin sayı isə artaraq 1924 nəfərə çatıb