İsrailin Baş naziri Binyamin Netanyahu Böyük Britaniyanın nüvə silahına malik ilk islam respublikası olacağınə deyib.
Teleqraf xəbər verir ki, Netanyahu bunu "Qalei Tzahal" ordu radiosuna verdiyi müsahibədə deyib.
"Nüvə silahına malik ilk islam respublikası Britaniya olacaq" deyən İsrailin Baş naziri həmçinin qeyd edib ki, Britaniyanın keçmiş prezidenti Uinston Çörçillin oğlu və nəvəsi 1967-ci ilin yayında altı günlük müharibə zamanı İsraili dəstəkləyən reportajlar hazırlayan jurnalistlər olublar: "Onlar buraya gəlib Altı Günlük Müharibəni bizim xeyrimizə çox müsbət şəkildə işıqlandırdılar. Bu gün Britaniyada buna bənzər bir şey tapmağa çalışın..."