Netanyahu: İsrail Suriyada Türkiyənin hərbi mövcudluğuna dözməyəcək

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada İsrail üçün təhlükə yaradan Türkiyə hərbi mövcudluğuna dözməyəcəklərini bildirib.

APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Netanyahu bildirib ki, Türkiyəyə bununla bağlı açıq mesaj verilib və İsrail Suriyada onun hərbi mövcudluğuna qarşıdır.