Netanyahu təyyarədən husilərin mövqelərinə zərbə vurulmasını əmr etdi

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfəri zamanı təyyarədən Yəmənin Səna şəhərində husilərin hərbi obyektlərinə zərbələr endirilməsi barədə əmr verib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Netanyahunun verdiyi əmrə əsasən, hücumlar husilərin Sənadakı qərargahları və silah anbarlarına yönəldilib. Hücumlar həyata keçirilərkən Netanyahu müdafiə naziri, Baş Qərargah rəisi və hərbi katibindən müntəzəm məlumatlar alıb.

Qeyd edilir ki, Baş nazir 26 sentyabr tarixində BMT Baş Assambleyasının sessiyasında çıxış etmək üçün ABŞ-yə yola düşüb.