Norveç öz ərazisində nüvə silahı yerləşdirilməyəcəyini bəyan edib

Norveçin Baş naziri Yonas Qar Störe İranda davam edən müharibənin eskalasiya mərhələsinə keçdiyini bildirib.

Teleqraf xəbər verir ki, Baş nazir ABŞ və İsrailin bu hərbi kampaniya ilə bağlı planlarının qeyri-müəyyən olduğunu vurğulayıb.

Y.Q.Störe eyni zamanda mühüm bir hərbi-siyasi məqama toxunaraq, Norveç ərazisində heç bir nüvə silahının yerləşdirilməyəcəyini qəti şəkildə bəyan edib.

Norveç hökumət başçısı İsrailin İrana qarşı başlatdığı "qabaqlayıcı" hücumları kəskin tənqid edərək, bu addımların beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu qeyd edib. O, rəsmi Oslonun İsraili "təcavüzkar dövlət" kimi xarakterizə etdiyini bildirib.

Baş nazir həmçinin xəbərdarlıq edib ki, ABŞ və İsrailin İranda apardığı hərbi əməliyyatlar bütün regionun sabitliyinə ciddi xələl gətirir.