“Ukrayna kəşfiyyatı Macarıstan xarici işlər naziri Peter Siyartonun mobil telefonunu dinləyib”.
Teleqraf xəbər verir ki, bu iddia ilə Macarıstan Baş naziri Viktor Orban çıxış edib.
Baş nazir Ukrayna kəşfiyyatının xarici işlər nazirinin nömrəsini macar jurnalistdən aldığını bildirib.
“Hökumət üzvünün telefon danışıqlarının dinlənilməsi Macarıstana qarşı ciddi hücumdur. Ədliyyə nazirinə Peter Siyartonun telefon danışıqlarının dinlənilməsi ilə bağlı məlumatları dərhal araşdırmağı tapşırmışam”, - Orban vurğulayıb.