Orda koronavirus yoxdu!
22:30 01.05.2021
Dünya
823
Türkiyənin Rize bölgəsinin Əkizdərə əyalətində yaşayanlar “maskalı birisi bura gəldiyində koronavirusu xatırlayırırq”, deyir.
Sherg.az CNNTürk-ə istinadən xəbər verir ki, Əkizdərə əyalətinin Petran düzənliyində indiyədək bir dənə də koronavirusa yoluxma faktı qeydə alınmayıb. Qapanma zamanı ölkə əhalisinin böyük qismi təbiət qoynuna can atır.
Əkizdərəyə gələnlər də özlərini təbiət əhatəsində təcrid edirlər. Petranın sakinləri yaz-qış günlərini bağda-bağçada çalışmaqla keçirir. Koronavirusdan qaçıb qapanma müddətini təbiət qoynunda keçirmək istəyənlər Petranda taxta evlərdə qalır, qonşularla təmas saxlamadan təmiz havanın dadını çıxarırlar. Yerli xalq da qapanmaların təsirini hiss etmir. Öz işləri ilə, bağda-bostanda əkin-biçinlə məşğul olurlar. Yerli sakinlərdən Fatma Havuz karantin günlərinin onları təsir altına almadığını deyir: “Səhər qalxıb heyvanlarımızla məşğul oluruq, sonra bağ-bağça işlərini görürük. Bu gözəl havanın dadını çıxarırıq. “Korona”nı yada da salmırıq. Kənardan gələnlər olanda, yanlarına getmirik, onlara yaxınlaşmırıq”. Petlan sakini Ayşə Kahraman isə “televizorda marketlərdəki basabası görürəm, üzülürəm. Kəndlərə gəlsinlər, inəklərə baxar, toyuqları “kışla”yarlar, təbiətlə qarşılaşıb zamanlarını keçirərlər. Burda hər şey təbiidir”, söyləyir. Xızır Kahraman da deyir ki, heyvanlara qulluq edir, zamanı “yola verirlər”. Yeni gələnlərə uzaqdan “xoş gəldin” deyirlər, yaxına getmirlər. Bahar gəldimi, hər tərəf yam-yaşıldır, indi kəndlər çox gözəlləşib, baxdıqca baxmaq istəyirsən (CNNTürk).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya