Ötən il kibercinayətlərdən itkilərin məbləği 4,2 milyard dollara çatıb
02:54 24.03.2021
Dünya
461
ABŞ Federal Təhqiqatlar Bürosu 2020-ci il üçün internet cinayətləri haqqında hesabat dərc edərək ötən ilin kibecinayətkarlıqdan dəyən ziyanın həcminə görə rekord il olduğunu açıqlayıb.
Sherg.az ictnews.az-a istinadən bildirir ki, hesabata görə, 2020-ci ildə FTB-yə kiber və internet cinayətkarlığı ilə bağlı 791 790 şikayət daxil olub. Bu, 467 361 şikayətin qeydə alındığı 2019-cu ildən 69 faiz çoxdur. Həmçinin bu növ cinayətkarlıqdan itkilərin məbləği artıb. Belə ki, ötən il kibercinayətkarlıqdan ziyan 4,2 milyard dollara çatıb. Bu, 2019-cu ildən (3,5 milyard dollar) 20 faiz çoxdur. Hər iki rəqəm - şikayətlərin sayı və ümumi itkilər ardıcıl beşinci ildir artır.
Əvvəlki illərdə olduğu kimi, daha çox uğur qazanan "BEC" hücumları (business email compromise - işgüzar poçtun ələ keçirilməsi) və "EAC" hücumları (email account compromise - elektron poçtun ələ keçirilməsi) ilə məşğul olan kibercinayətkarlıq qruplaşmaları olub. 2020-ci ildə kibercinayətkarların fəaliyyəti nəticəsində bütün itirilən vəsaitlərin 43 faizi - 1,8 milyard dollar onların payına düşüb.
"BEC/EAC" hücumları istifadəçinin elektron poçt hesabına müdaxilə edərək vəsaitlərin cinayətkarların hesabına göndərilməsi məqsədilə digərlərinin (əməkdaşlar və ya işgüzar tərəfdaşlar) aldadılması üçün sonradan həmin istifadəçinin şəxsindən istifadəyə əsaslanır.
FTB tərəfindən "BEC/EAC" hücumları ilə yanaşı, fırıldaqçı proqram təminatından istifadə etməklə həyata keçirilən hücumlardan itkilərin sürətli artımı qeydə alınıb. Hesabata görə, 2020-ci ildə ziyanın məbləği 225 faiz - 2019-cu ildəki 8,8 milyon dollardan 29,1 milyon dollaradək artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya