
Özünü "ədalətin beşiyi" adlandıran Fransa: Müstəmləkə zülmü davam edir
Yusif Nəzərli
10:32 10.03.2024
Dünya
512
Fransa Korrupsiya, insan hüquqlarının pozulması və siyasi qarşıdurmaların bir növ məkanıdır. Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyir. Fransa Azərbaycanı hədəfə alan bəyanat və təşəbbüslərlə çıxışlarının sayını durmadan artırır. Fransanın Cənubi Qafqaza yönəlik ekspansiya siyasəti zorakılığa əsaslanır. Həmçinin Fransa neokolonializm alətlərindən istifadə edir və Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə mane olur. Rəsmi Paris iki ölkə arasında münaqişənin yenidən alovlandırılması üçün Ermənistanı stimullaşdırır, özünün Cənubi Qafqazda iştirakını münaqişələrin alovlandırılmasında görür. Eyni zamanda, Azərbaycanı da öz siyasətinə tabe etmək üçün təzyiq mexanizmlərindən yararlanır və beynəlxalq təşkilatlardakı təmsilçiliyindən faydalanaraq ölkəmizə təsir göstərməyə çalışır.
Mövzu ilı bağlı “Sherg.az”danışan "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov söyləyib ki, Fransanın korrupsiya, insan hüquqlarını pozması və siyasi qarşudurmalara rəhbərlik etməsi uzun illərdir dünya ictimaiyyətinə bəllidir:

“Xüsusilə də Müsəlman miqrantlara və Afrika xalqına qarşı Fransa hökuməti bu siyasəti uzun zamandır davam etdirir. Özlərini demokratiyanın beşiyi adlandırsalar da, həmin anlayışdan əsər-əlamət qalmayıb. Fransa bu gün intriqaların məkanına çevrilib. Eyni zamanda Fransanın mövcud hökumətinin tutduğu mövqe fransızların dünya ictimaiyyətinin gözündən düşməsinə səbəb olur. Fransa Birləşmiş Millətlər Təşkilatının (BMT) beş daimi üzvündən biridir. Amma bununla bərabər beynəlxalq ictimaiyyət Fransanın Afrikada və müstəmləkə siyasəti yürütdüyü ərazilərdə insanlara qarşı zorakılıq törətdiyinin şahididir. Həmçinin hər kəs Fransanın ölkə daxilində yaşayan miqrantlara və müstəmləkəsində olduğu insanlara zülm etdiyini bilir. Bunların hər biri Fransanın gündəliyinə yazılan mənfi nüanslardır. Bu baxımdan belə bir ölkənin Azərbaycana qarşı tutduğu mövqe sadəcə olaraq gülünc doğurur. Rəsmi Parisin Azərbaycana olan qərəzli mövqeyi hamıya məlumdur və səsləndirdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur. Fransa keçmiş imperialist fikirlərini Cənubi Qafqazda həyata keçirə biləcəyini düşünür. Azərbaycan Fransanın Cənubi Qafqazda məqsədlərinin formalaşmasına imkan vermədiyi üçün rəsmi Paris belə addımlar atır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya